ABB regionlarda rəqəmsal biznes təlimlərinə başladı

ABB regionlarda rəqəmsal biznes təlimlərinə başladı
ABB regionlarda fəaliyyət göstərən və Sahibkarlar Klubuna üzv olan iş adamları üçün təlimlərə başlayıb. 13-14 may tarixlərində Şəkidə keçirilən təlimlərə KOBİA və ABB Tech Akademiyası da dəstək verib.
 
Sfera.az xəbər verir ki, tədbirə Şəki – Zaqatala iqtisadi rayonundan olan 40-a yaxın iştirakçı qatılıb. Burada onlara elektron ticarət haqqında məlumat verilib. Müxtəlif kanallarla onlayn satışın yolları öyrədilib. Rəqəmsal biznes, PR və s. bu kimi gərəkli fəaliyyətlər haqqında təqdimatlar olub.
 
İştirakçılar bu istamətlərdə bilik və bacarıqlarını artırmaqla yanaşı, yeni tərəfdaşlıqlar yaratmaq imkanı da qazanıblar. "Sahibkarlar Klubu” təlimlərinin silsiləvi şəkildə digər iqtisadi zonalarda da təşkili planlaşdırılır.

ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib: "Kiçik və orta sahibkarlarla tərəfdaşlıq ABB üçün prioritetdir. Biznes layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, biz onlara başqa sahələrdə də dəstək olmağa çalışırıq. Biznesdə rəqəmsal imkanlardan istifadə ilə bağlı təlimlərimiz, ümid edirik ki, fayda verəcək”.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.

 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...