70 yaşlı kişi keçmiş kürəkənini niyə öldürüb? - TƏFƏRRÜAT
09:30 / 27.04.2022
1240
Ötən gün Salyanda 70 yaşlı kişinin keçmiş kürəkənini öldürməsinin bəzi təfərrüatları məlum olub.
Sfera.az-ın məlumatına görə, 1985-ci il təvəllüdlü Faiq Məlikov, gecə saatlarında uşaqlarını görmək adıyla rayonun Qarabağlı kəndində yaşayan keçmiş qayınatası Məlikağa Əliyevin evinə gəlib.
Bu zaman yatılı vəziyyətdə olan Məlikağa Əliyev evdə tək olub. Keçmiş qayınatasına hücum edən Faiq Məlikovla 70 yaşlı kişi arasında əlbayaxa dava baş verib. Davanın davamında isə ev sahibi qızının keçmiş ərinə 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirib.
Məlumata görə, yaşlı kişi hadisə barədə əvvəlcə ailə üzvlərinə, daha sonra polisə məlumatı verib.