399 yaşlı kişi hamını şoka saldı - FOTOLAR
Maraqlı
17:10 / 21.02.2022
1039
Sosial mediada 399 yaşı olduğu iddia edilən qocanın görüntüləri yayımlanıb.
Sfera.az bildirir ki, müzakirə obyektinə çevrilən yaşlı adamın türk mənşəli olduğu da iddialar arasındadır.
Qısa zaman ərzində gündəm olan görüntülərlə bağlı istifadəçilər iki yerə bölünüb. Bir qism bu qədər yaşamağın mümkünsüz olduğunu müdafiə etsə də, digər qism məlumatın doğru olma ehtimalını vurğulayıb.
Ardınca yaşlı adamın qohumları açıqlama vermək məcburiyyətində qalıblar. Onlar yaşlı adamın 399 yox, 109 yaşında və türk yox, taylandlı olduğunu deyiblər. Lakin bəzi sosial şəbəkə istifadəçiləri qohumların bilərək bilgi gizlətdiyini və adamın əslində türk olduğunu irəli sürüblər.
Günay Rəsulqızı
Sfera.az