Sabiq nazirin oğlu bu ölkədə 8 milyon dollara 4 mənzil aldı - FOTO

Sabiq nazirin oğlu bu ölkədə 8 milyon dollara 4 mənzil aldı - FOTO
Keçmiş müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalov Moskvanın elit River House yaşayış kompleksində (Na Savvinskoy) ümumi dəyəri 550 milyon rubl (8 milyon dollara yaxın) 4 mənzil alıb.

Sfera.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.

O bildirib ki, Rəşad Camalov eyni zamanda "Şvedskiy tupik” 3 ünvanında dəyəri 400 milyon rubl olan lüks mənzilə, Veresaeva küçəsində 190 kv. metrlik mənzilə, "Semyonovsk” metrosu yaxınlığında 600 kv. metrlik obyektə və Novoçermuşinsk küçəsində 773 kv. metrlik "Pyateroçka” supermarketə sahibdir.
"Rəşad Camalov 2020-ci ildə Milli Məclisin deputatlığına namizədliyini vermişdi, lakin ikili vətəndaşlığı olduğu haqqında məlumat ortaya çıxınca MSK onun namizədliyini ləğv etmişdi. Mərhum nazirin oğlu Rusiya vətəndaşlığını təsbit edən pasportunu 2006-cı ildə Orexovo-Zuevo Daxili İşlər İdarəsindən alıb.

Bildiyimə görə DTX-dakı vəzifəsindən də (Beynəlxalq Antiterror Mərkəzinin rəisi) azad edilib və işindən uzaqlaşdırılıb. Bundan 4 ay sonra isə Yavər Camalovun qudası, Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov vəzifəsindən kənarlaşdırılıb. Əmisi Mərdan Camalov hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır” – C.Həsənli əlavə edib.
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...