İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sfera.az sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Energetika Nazirliyi tanınmış beynəlxalq məsləhətçi şirkətlər cəlb etməklə istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi, habelə səmərəliliyin artırılması, bərpa olunan enerji mənbələrindən bu məqsədlə istifadə, xidmət səviyyəsinin yüksəldilməsi, kommersiyalaşdırma və bazar iqtisadiyyatı prinsipləri əsasında sahənin perspektiv inkişaf istiqamətləri üzrə təkliflərini 9 (doqquz) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 9 (doqquz) ay müddətində:

2.1. Azərbaycan Respublikası Energetika Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və istismarı məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. enerji resurslarından səmərəli istifadə edilməsi və tikinti obyektlərində optimal istilik təchizatı sistemlərinin tətbiqi məqsədilə isti su və istilik təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktların hazırlanmasını və ya təkmilləşdirilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Azərbaycan Respublikasının Energetika Nazirliyinin təklifləri əsasında "İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər

Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri vəzifəsinə təyin edilməsi günün əsas müzakirə mövzularındandır. Bu, islahat dalğasının davamlılığının göstəri...

“Qarabağ klanı”ndan ŞOK PLAN – Azərbaycanla bağlı bütün razılaşmalar sıradan ÇIXARILIR

Ermənistanda müxalifətin, revanşist qüvvələrin etiraz aksiyaları Bakını növbəti təxribatla üz-üzə qoyaraq, sülh danışıqlarına mane ola biləcək yeni hərbi ə...

Ərdoğan açılışda İlham Əliyevə HƏDİYYƏ VERDİ - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ...

Ermənistan sülh sənədi təqdim etdi – 6 bənddə hansı təkliflər var?

Edmon Marukyan Ermənistanın Azərbaycana təqdim etdiyi 6 bəndlik sülh müqaviləsinin şərtlərini açıqlayıb. Ermənistan Respublikasının mühüm işlər üzrə səfiri ...

Türkiyədə dəniz üzərində hava limanı açılır - İlk enişi prezidentlərin təyyarəsi edəcək

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezi...