Daha bir pandemiya yaşayacağıq - Qeyts
01:00 / 21.02.2022
2742
Təəssüf ki, virusun özü - xüsusən də Omikron ştammı - bir növ peyvənd oldu. Virusun dünya miqyasında yayılma sürəti bizim vaksinasiya prosesindən daha sürətlidir.
Sfera.az Axar.az-a istinadən xəbər verir ki, bunu "Maykrasoft" şirkətinin qurucusu, milyarder Bill Qeyts deyib.
"Daha bir pandemiya yaşayacağıq. Bu dəfə fərqli patogen olacaq", - Qeyts vurğulayıb.
O bildirib ki, gələcəkdə peyvəndin hazırlanması üçün daha sürətli tədbirlər görülməlidir:
"Növbəti dəfə bunu iki il ərzində deyil, 6 ayda həll etməyə çalışmalıyıq".