"165"in sərxoş sürücüsü 3 avtomobili əzdi - FOTO

Bu gün Binəqədi rayonunda marşrut avtobusu zəncirvari yol qəzası törədib.

Sfera.az xəbər verir ki, 165 saylı marşrut xəttinə məxsus olan 10 TH 030 dövlət qeydiyyat nişanlı, "Daewoo” markalı sərnişin avtobusu Sulutəpə qəsəbəsində yolun kənarında dayanmış üç minik avtomobilini vurub.

Nəticədə "VAZ”, "KİA” və "Hyundai” markalı atomobillərə ziyan dəyib. "KİA” markalı maşına daha çox ziyan dəyib və tam yayarsız hala düşüb.

Bildirilir ki, 165 saylı marşrut xətti Mehdiabad-Yasamal istiqamətində fəaliyyət göstərsə də, bu gün günorta saatlarında xəttə məxsus 10 TH 030 nömrə nişanlı avtobusun sürücüsü nahar etmək üçün nəqliyyat vasitəsi ilə birlikdə Sulutəpədəki evə gedib. Evdə nahar etdikdən sonra sürücü sərxoş vəziyyətdə avtobusu idarə edərək işə qayıtmaq istəyib və qəsəbə ərazisində zəncirvari qəza törədib.

Faktla bağlı araşdırmalar aparılır (qafqazinfo). 






OXŞAR XƏBƏRLƏR

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib. Sfera.a...

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub. Sfera.az bildirir ki,"Qafqazinfo”nun əldə etdiyi məlumata görə...

Qərargah rəisindən yanğınla bağlı AÇIQLAMA: 7 nəfər təxliyə edilib

Bu gün saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş ver...