15 idmançımız xəstəxanaya YERLƏŞDİRİLDİ
10:51 / 26.04.2022
1017
Göygöldə 15 idmançı qidadan zəhərlənib.
Rayon Prokurorluğundan Sfera.z-a bildirilib ki, aprelin 25-də Göygöl Mərkəzi Xəstəxanasından 15 nəfərin dəqiqləşdirilməmiş "qida zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə prokurorluğa məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib. Həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Qida Təhlükəsizliyi Agentliyi Göygöldə zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlayıb.