Dünya
Vaşinton Putinə qulaq asmadı - Kiyevə hücum başlanacaq!
ABŞ Konqresinin Nümayəndələr Palatası “Ukraynada sabitlik və demokratiyanın dəstəyi Haqqında” qanunu bəyənib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Ukraynanın Vaşinqtondakı səfirliyinin “Facebook” səhifəsində bildirilir.
Qanun Kiyevə ölümcül silahların çatdırılmasına icazə verir.
Prosedura əsasən, qanun layihəsi həmçinin Konqresin yuxarı palatası - Senat tərəfindən bəyənilməli və ölkə prezidenti tərəfindən imzalanmalıdır.
Qeyd edək ki, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp Ukraynaya silah verilməsinin əleyhinə olduğunu bəyan edib. Onun demokrat rəqibi, keçmiş dövlət katibi Hillari Klinton isə bildirib ki, prezident seçiləcəyi halda Kiyevə ölümcül silahı verə bilər.
Xatırladaq ki, rəsmi Moskva ABŞ-ın Ukrayna silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib.
Rusiya ABŞ-ın Ukrayna ordusuna silah verəcəyi təqdirdə Kiyevi
hücumla hədələyib. Ukrayna parlamentinin “Xalq cəbhəsi”
fraksiyasının deputatı Anton Qeraşenko ötən il bildirib ki, Rusiya
ABŞ-ın Ukrayna ordusuna silah verəcəyi təqdirdə Kiyevi hücumla
hədələyib.
Deputatın sözlərinə görə, bu barədə ona Vaşinqtonda deyiblər.
“Mən Vaşinqtonda idim, bir sıra analitik qruplarla görüşdüm. Onlara
sual verdim ki, Obama Ukraynaya silah verilməsi haqda Konqresin
rəsmi qərarından niyə bu qədər inadla imtina edir? Mənə bildirdilər
ki, Kremldən Obama və köməkçilərinə xəbərdarlıq edilib: əgər ABŞ
Ukraynaya silah verərsə, o zaman bütün cəbhə boyu Kiyevə hücum
etmək qərarı veriləcək. Çünki Amerika silah versə, dinamika
Ukraynanın xeyrinə dəyişəcək. Biz Donetski geri alacağıq, Krımın
blokadasını yaracağıq və Rusiya məğlub olacaq”, - deyə o
bildirib.
Ömər Dağlı
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ