Nida.az
Rusiyadan Ermənistana ÖLDÜRÜCÜ ZƏRBƏ: Ərazilər qaytarılır, Sarkisyan isə...
Ermənistan hakimiyyətinin növbəti 10 illik dövrü tədricən sona yaxınlaşır. Serj Sarkisyan və komandası hakimiyyəti ağrısız şəkildə təhvil verməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə "Lragir"
saytı yazıb.
Sayt "Qazprom"da çalışmış, Kremlə yaxın şəxs olan Karen
Karapetyanın baş nazir postuna gətirilməsini bununla izah edir.
K.Karapetyanın gəlişi və Sarkisyanın hakimiyyəti təhvil verməyə
hazırlaşdığı haqda xəbərlərin ortaya çıxması müəyyən suallara
yaradır.
Ehtimallara görə, Kreml Karapetyanı hakimiyyəti təhvil almağa
göndərib. Serj Sarkisyanın da buna etiraz etmədiyi deyilir. Çünki
Ermənistanda sosial vəziyyət yaxşı deyil və iqtisadi çöküşdən xilas
yolu görünmür. Sarkisyan məsuliyyətdən qaçmaq üçün hakimiyyəti
təhvil verə bilər.
Digər əsas səbəb isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
yaranmış vəziyyətdir. Belə ki, İrəvan üzərində hökmə sahib olan
Kreml münaqişənin həlli üçün Sarkisyanı sıxışdırır. Sarkisyan
əvvəlcə ərazilərin bir qismini qaytarmalı, daha sonra digər
ərazilərin azad olunması istiqamətində danışıqlara başlamalıdır.
Vaxtilə ermənilər rayonları qaytarılması əvəzinə Qarabağın
müstəqilliyi şərtini irəli sürür və öz müqəddəratını təyin etmə
prinsipinin təmin olunacaqlarını düşünürdülər. Lakin aprel
müharibəsində sonra reallıq dəyişdi və Bakının əli gücləndi. İndi
ərazilərin qaytarılmasının əvəzinə Ermənistana yalnız "müharibə
olmayacaq" sözü verilir. İrəvanın Rusiyanın təzyiqləri qarşısında
Qərbdən gözlədiyi dəstək də alınmadı. Xüsusilə ABŞ-dakı prezident
seçkiləri Vaşinqtonun qınına çəkilməsinə səbəb olub. Belə
situasiyada Sarkisyanın şərtlərlə razılaşmaqdan başqa yolu qalmır.
Erməni ekspertlər də bunu təsdiq edirlər.
Hesab etmək olar ki, o, Qarabağın qaytarılması məsuliyyətindən
də boyun qaçırmaq üçün hakimiyyəti təhvil vermək qərarına gəlib.
Baş nazir postuna Rusiyanın "Qarabağ klanı"ndan olmayan öz adamını
gətirməsi də önümüzdəki dövrdə münaqişənin həlli üçün yeni şəraitin
yaranacağını göstərir.
Asif
-
Region10:28
Navalnının ölümündə Putinin əli var? - ABŞ kəşfiyyatı açıqladı
-
Magazin110:22
Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?
-
Nida Xəbər 09:48
Şahin Mustafayev Qriqoryanla birlikdə o maşında olub? - Ermənilərdən ŞOK İDDİA
-
MDB09:30
Rusiyada yaraqlıların hücumu başladı: 4 polis əməkdaşı öldürüldü
-
Nəqliyyat09:00
Sürücülərin NƏZƏRİNƏ: Bu halda 30 AZN CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ - VİDEO
-
Avto08:00
Uçan avtomobilin ilk sərnişini o oldu - FOTO/VİDEO
-
Ekologiya07:17
Bu günün havası: 30 dərəcə isti olacaq
-
ABŞ06:46
ABŞ prezidentliyinə namizəd SAXLANILDI