Hindistanın qadağası buğda qiymətlərini daha da yüksəltdi

Hindistanın qadağası buğda qiymətlərini daha da yüksəltdi
Hindistanın buğda ixracına qadağa qoyma qərarından sonra buğda fyuçersləri son iki ayda ən yüksək tempə çatıb.
 
Sfera.az xəbər verir ki, ABŞ-da Çikaqo bençmark buğda fyuçersləri 6 faiz artaraq 12.47 dollar olub. Bu, son iki ayda görülən ən yüksək artım kimi dəyərləndirilib. Bununla da ilin əvvəlində olan buğda qiymətləri ilə indiki qiymət arasında 60 faiz fərq qeydə alınıb.

Xatırladaq ki, bu yaxınlarda Hindistan ərzaq təhlükəsizliyi riskinə görə buğda ixracını qadağan etmişdi. Dehli rəhbərliyi bu addımı ilə ilin əvvəlindən qlobal bazarlarda ən az 40 faiz artan buğda qiymətinə ölkə daxilində nəzarət etməyi hədəflədiyini açıqlayıb. Hindistan buğdasını əsasən qonşu ölkələr Banqladeş, Nepal və Şri-Lankaya ixrac edir.

Qeyd edək ki, dünya buğda ixracatında mühüm rolu olan Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik buğda tədarükünün mənfi təsirə məruz qalmasına, qiymətlərdəki yüksəliş təzyiqinin davam etməsinə, Ukraynadan buğda ixracının dayanmasına səbəb olub.

Rusiya-Ukrayna müharibəsi qlobal buğda tədarükünü artıq dayandırdığından, bir çox ölkə buğda kəsirini bağlamaq üçün gözlərini Hindistana dikib. Dünyanın ikinci ən böyük buğda istehsalçısı olan Hindistanda təsirli olan həddindən artıq istilər kənd təsərrüfatı sektoruna ciddi təsir edib və məhsuldarlığını təhlükə altına alaraq tədarük problemini daha da ağırlaşdırıb.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.   Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov de...

AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”. &nbs...

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır. 2...

Bu ölkənin baş naziri elan etdi: "Bir günlük neftimiz qalıb"

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.   Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və ...