2018-ci ilin intihar statistikası - DƏHŞƏTLİ RƏQƏMLƏR

2018-ci ilin intihar statistikası - DƏHŞƏTLİ RƏQƏMLƏR
Bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da intihar hadisələri baş verir. Sosioloq və pisxoloqlar, həmçinin millət vəkilləri intiharların baş verməsində maddi deyil, psixoloji, mənəvi və ruhi vəziyyətin önəmli olduğunu söyləyirlər. 

Sfera.az son 3 ayda baş verən intihar hadisələri haqda məlumatları toplayıb.

Öncə topladığımız materiallara əsasən bir statistikanı sizə təqdim edək:

11 yaş – 1 nəfər
17 yaş – 3 nəfər
18 yaş – 1 nəfər
21 yaş – 2 nəfər
22 yaş – 2 nəfər 
23 yaş – 2 nəfər
24 yaş – 1 nəfər
25 yaş – 1 nəfər
28 yaş – 2 nəfər
29 yaş – 1 nəfər 
31 yaş – 4 nəfər
33 yaş – 1 nəfər
35 yaş – 1 nəfər
36 yaş – 2 nəfər
50 yaş – 1 nəfər 
59 yaş – 1 nəfər
61 yaş – 1 nəfər

Aylar üzrə statistikaya nəzər salaq:

Yanvar ayında baş verən intihar hadisələrinin sayı 17 olub:

Yanvarın 4-də Şəmkir rayonunda üç uşaq anası intihar edib.

Hadisə rayonun Təzə Posanlı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Aygün Həsən qızı Hüseynova yaşadığı evin çardağında özünü asaraq intihar edib. 

Yanvarın 8-ində 1995-ci il təvəllüdlü Məlik Nizaməddin oğlu Cahangirov Bulvarda özünü dənizə atıb.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi olan M.Cahangirov "Məlik Cahan" imzası ilə tanınan gənc şair olub. Onun hansı səbəbdən intihar etdiyi məlum olmayıb.

Yanvarın 8-də Bərdədə gənc oğlan intihar edib. Hadisə rayonun  Əliyanlı kəndində baş verib. Kənd sakini, 23 yaşlı Səfərov Elvin Şamil oğlu özünü asıb.
 
Yanvarın 9-da isə "Bakı Metropoliteni”ndə intihar hadisəsi baş verib. Mustafazadә Rәşad yanvarın 9-da isə metronun "Ulduz” stansiyasında intihar edib.
İntihar edən şəxsin "Glamour Center” MMC adlı şirkətə direktor vəzifəsində işlədiyi məlum olub.

Yanvarın 14-də Şəkidə 35 yaşlı qadın intihar edib. Hadisə səhər saatlarında rayonun Baltalı kəndində qeydə alınıb.
Kənd sakini 1983-cü il təvəllüdlü Tərgül Mürşüd qızı Manafovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 35 yaşlı Tərgül Manafovanın intihar etməsinin səbəbi istintaqa məlum olmayıb.

Yanvarın 17-də Şəmkirdə 17 yaşlı qız intihar edib. Hadisə rayonun Dəllər qəsəbəsi ərazisində baş verib. Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü  Dilarə Anar qızı Rəhimova yaşadığı evdə özünü asaraq intihar edib. 

Yanvarın 18-də isə Şəki sakini Gülşad İsgəndərova intihara cəhd edib. O şok vəziyyətində reanimasiyaya yerləşdirilib.
Gülşad Ələkbər qızı İsgəndərova qəbiristanlığa gedərək, özünü valideyninin qəbrinin yanındakı dirəkdən asıb. Qadını son anda Şəki rayon Polis Şöbəsinin əməkdaşları xilas edib. Rayon sakinlərinin verdiyi məlumata görə, qadının banka xeyli borcu olub.

23-24 yanvarda isə 8 intihar hadisəsi baş verib. 

Yanvarın 23-də isə ölkədə daha 5 intihar hadisəsi qeydə alınıb  ki, onların 2-si Şəkidə baş verib. Şəki sakinləri Yeganə Mustafayevanın gəmiriciləri məhv etmək üçün istifadə edilən dərman, Şəlalə Əlirzayevanın isə sirkə turşusu içərək intihara cəhd etdikləri açıqlanmışdı.

Yanvarın 24-də Şəki, Ucar və Ağsu rayonlarında intihar hadisələri baş verib.

Ucarın Qaracallı kəndində 1990-cı il təvəllüdlü Qafil Əlimərdan oğlu Nəbiyev yaşadığı evdə özünü asaraq, öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri açıqlanmayıb.

İkinci intihar hadisəsi isə həmin gün günorta saatlarında Şəki şəhərində qeydə alınıb. Şəki şəhər sakini polis 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov kəskin zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Elgün Rəsulovun sirkə turşusundan zəhərləndiyi məlum olub. Xəstənin durumu ağır olduğu üçün onun Respublika Toksikologiya Mərkəzinə göndərilməsinə qərar verilib. E.Rəsulovun Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilir.
 
Üçüncü intihar hadisəsi Ağsu rayonunun İlxıçı kənində qeydə alınıb. Kənd sakini 1982-ci təvəllüdlü Kərimova Səbirə Tehran qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Üç uşaq anası S.Kərimovanın özünə qəsd etməsinin səbəbi məlum deyil. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.

Səbirə Kərimovanın intihar hadisəsi ilə bağlı mediada yazılanlara diqqət edək: 

Yanvarın 24-də Ağsu rayonunun İlxıçı kəndində 36 yaşlı Kərimova Səbirə Tehran qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Hadisə vaxtı evdə qadının azyaşlı qızı olub. İlxıçı-Qaraqoyunlu kəndinin icra nümayəndəsi Azad İsgəndərovun ölkə.az-a verdiyi məlumata görə, "Səbirə Kərimova ehtiyac səbəbindən özünü asıb. Kasıb bir ailədilər, həyat yoldaşı Əfqan həmin vaxtı mal-heyvan otarmaqda olub.Qadın intihar etməmişdən bir az öncə anası ilə danışıb, həyatından bezdiyini deyib. Ailənin böyük uşağı Bakıda C.Naxçıvanski adına hərbi liseydə təhsil alır. Çox normal ailə kimi xarakterizə olunurlar. Üç uşaq anası S.Kərimovanın özünə qəsd etməsinin səbəbləri araşdırılır. 

Yanvarın 27-də isə 24 yaşlı Xudat sakini intihar edib. Şəhər sakini, 1994-cü il təvəllüdlü İsmayılov Mirzəağa Ənvər oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Yanvarın 30-da Bakıda 31 yaşlı kişi özünü 9-cu mərtəbədən ataraq intihar edib. Hadisə Bakının Yasamal rayonunda baş verib.

1987-ci il təvəllüdlü Vəliyev Nicat Rəfael oğlu özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Məlumata görə N.Vəliyev ruhi əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Fevral ayında baş verən hadisələrin sayı 11 olub:

Fevralın 3-də Ağsuda intihar hadisəsi olub. Rayonun Kəndoba kəndində 1970-ci il təvəllüdlü Əliyev Əsgər Qardaşəli oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq öldürüb. İki uşaq atası olan Əsgər Əliyevin özünə qəsd etməsinin səbəbi məlum deyil.
 
Fevralın 5-də Quba rayonunda 21 yaşlı oğlan özünü asaraq intihar edib. Hadisə rayonun Qəçrəş kəndində qeydə alınıb. Belə ki, kənd sakini,1997-ci il təvəllüdlü Xanmədov Kamal Bəxtiyar oğlu "Dostluq” kafesində özünü asıb. K.Xanmədov həmin kafedə ofisant işləyirmiş.

Fevralın 7-də Bakı sakini Balakəndə intihar edib. 54 yaşlı Bakı sakini Balakəndə kirayə yaşadığı evdə intihar edib.
 
1964-cü ildə Salyan rayonunda doğulan və hazırda Bakı şəhərində qeydiyyatda olan, Nəriman Sabir oğlu Əliyevin meyiti Balakən şəhəri H. Əliyev prospektində, kirayə yaşadığı 63 saylı evin həyətyanı sahəsindəki turnikdən asılı vəziyyətdə aşkar edilib. 54 yaşlı Nərman Əliyevin intihar etdiyi məlum olub, onun Balakəndə tikintidə işlədiyi bildirilir.

Fevralın 9-da Qarabağ əlili intihar edib. Qəbələ rayonunun Seyidqışlaq kəndində Qarabağ qazisi intihar edib.
1968-ci il təvəllüdlü Qədirov Elman İlyas oğlunun meyiti həyat yoldaşı tərəfindən yaşadığı evin həyətində tapılıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparıblar. Seyidqışlaq kəndinin ərazi nümayəndəsi Vaqif Mehdiyevin verdiyi açıqlamaya görə, "Elman Qədirov 3-cü qrup Qarabağ əlili olub, özü rayonun Yaşıllaşdırma idarəsində işləyib. Yeyib-içən oğlan idi, amma son vaxtlar mədəsindən şikayət edirdi. Belə maddi problemi olmayıb, dövlət tərəfindən təmin olunmuşdu. Yəqin depresiyaya düşüb. Ailə üzvləri ilə də normal münasibətləri olub, 2 oğlan övladı var- biri Gəncədə tələbə, digəri isə hərbi xidmət idi”.

Fevralın 12-sində Xaçmaz rayonunda 28 yaşlı gənc intihar edib. Rayon sakini 1990-ci il təvəllüdlü Bəhruz Şirinbalayev yaşadığı evdə özünü asıb.

Fevralın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqazelmitədqiqatlayihə” İnstitutunda intihar hadisəsi baş verib. İnstitutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib. 

1969-cu il təvəllüdlü Ə.Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra institutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzfəsində işləyib. İş yoldaşlarının dediyinə görə, o, anası rəhmətə getdikdən sonra depresiyadan əziyyət çəkib və müalicə olunub. 

Fevralın 16-da daha bir intihar hadisəsi baş verib. Bakıda müəmmalı intihar hadisəsi baş verib,  17 yaşlı qız özünü asıb.
Hadisə Yasamal rayonu, Xiyabani küçəsi, ev 112, mənzil 22 ünvanında qeydə alınıb.
 
Həmin ünvanda yaşayan, 17 yaşlı Fatimə Anar qızı Abbasova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
 
Fevralın 17-də Lənkəran sakini intihar edib. Vaqif Hüseynov küçəsi, 28 ünvanında yaşayan 31 yaşlı Şahin Nurəddin oğlu İbrahimov həyətdəki tövlədə özünü asaraq intihar edib. Ş.İbrahimov ailəli olub, onun hansı səbəbdən intihar etdiyi bəlli deyil. 
 
Fevralın 23-də Bakıda intihar üçün özünə iynə vuran gənc komaya düşüb. Hadisə Nəsimi rayonu, Mərdanov qardaşları küçəsindəki mənzillərdən birində qeydə alınıb. 25 yaşlı O.M. (şərti ad) baş vermiş hadisə ilə xəstəxanaya yerləşdirilib. 

Fevralın 24-də Sumqayıtda özünü binadan ataraq intihar edən 18 yaşlı şəhər sakini Poladzadə Mehti Firudin oğlu olub.
Eyni gündə Sumqayıtda daha bir bənzər hadisə baş verib. Təxminən 40-45 yaşlarında olan kişi özünü 45-ci məhəllə ərazisində yerləşən 14 mərtəbəli binadan ataraq intihar edib

Fevralın 28-də Zaqatalada 4-cü sinif şagirdi intihar edib. Hadisə rayonun Muxax kəndində baş verib. Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı 11 yaşlı Hafiz Məmmədovun istintaqa məlum olmayıb. Hafiz Məmmədov Muxax kəndində fəaliyyət göstərən tam orta məktəblərdən birinin 4-cü sinif şagirdi idi.
 
Ötən ay baş verən intihar hadisələrinin sayı 8 olub:

Martın 2-də Bakıda 61 yaşlı kişi intihar edib. Bakıda yaşadığı evdə özünü asaraq intihar edən ahıl kişi1957-ci il təvəllüdlü Şarif İlyas oğlu Tağıyev olub. O özünü həyətdəki çardaqdan asaraq intihar edib.

Martın 4-də Goranboyda sərxoş kişi intihara cəhd edib. Rayonun Zeynallı kənd sakini, 1989-cu il təvəllüdlü Cabbarov Nicat Hafiz oğlu  qolunda olan yaraya yardım göstərilməsi üçün rayon Mərkəzi xəstəxanasına müraciət edib. Dərhal əraziyə polislər çağırılıb və N.Cabbarovu fikrindən daşındırıblar. Onun sərxoş olduğu aşkarlanıb.

Martın 10-da Gəncədə 11-ci sinif şagirdi intihar edib. Şəhərin Cavad xan qəsəbəsi sakini, 17 yaşlı Mədətov Səbuhi Əli oğlu xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub. Ə.Mədətovun özünü asaraq intihar etdiyi bildirilir.
 
Martın 10-da daha bir intihar hadisəsi baş verib. Xaçmazda hərbi xidmətə yararsız olan gənc özünü asıb.  Xaçmazda 21 yaşlı Araz Məhəmmədovun özünü öldürməsilə bağlı bəzi məlumatlar yayılıb. Məlumata görə, ailədə 2 qardaş və 1 bacı olan Məhəmmədovların heç bir sıxıntısı olmayıb. Araz Məhəmmədov hərbi xidmətə yararsız olduğu üçün əsgər getməyib. O, səhər saat 11-də heç kimə demədən evdən çıxıb və evlərinin yanındakı şəxsi təsərrüfatlarındakı vələs ağacından özünü asıb. 

Xatırladaq ki, martın 7-də Arzu kəndində intihar baş verib. Kənd sakini 50 yaşlı Kamran Bahəddin oğlu Ömərov özünü yaşadığı evin zirzəmisində asıb.

Martın 22-sində isə Zaqatalada 31 yaşlı kişi özünü qoz ağacından asaraq intihar edib. Hadisə rayonun Qandax kəndində qeydə alınıb.
Kənd sakini 1987-ci il təvəllüdlü Anar İbad oğlu Kərimov yaşadığı evin həyətində özünü asıb. 


Martın 30-da Cəlilabadda nişanlı oğlan intihar edib. Hadisə rayonun Stansiya yaşayış massivində (keçmiş Novoqolovka kəndində) qeydə alınıb.
Həmin yaşayış massivinin 22 yaşlı Münasib Hakim oğlu Nəhmədov yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asıb.
M.Nəhmədov nişanlı olub və bu yaxınlarda toy etməyi planlaşdırırmış.

Martın 30-da daha bir intihar hadisəsi də qeydə alınıb. 3 uşaq anası intihar edib.  Hadisə Şəki şəhəri Yaqub Süleymanov küçəsində baş verib.
Üç uşaq anası olan, 1985-ci il təvəllüdlü Səidə Əbdül qızı Əhmədovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. S. Əhmədovanın intihar etməsinin səbəbi məlum deyil.  

Ötən gün isə xalası oğlu ilə nişanlı olan 17 yaşlı qız özünü asıb. Rayonun Çölbağırlı kənd sakini, 2001-ci Mirzəyeva Ulduz Şəfi qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil.  Kənd sakinləri bildiriblər ki, Ulduz Mirzəyeva Hacıqabul rayonunun Muğanlı kəndində yaşayan xalası oğlu ilə nişanlı olub, yaxın vaxtlarda keçiriləcək toy mərasiminə hazırlaşırmış.

Bu faktlara nəzər salaraq belə qənaətə gələ bilərik ki, bu ilin ilk 3 ayında daha çox 17-36 yaşlı şəxslər intihar edib. Hər ilin payız-qış aylarında intiharların dinamikasında artım müşahidə olunur. Bu isə fəsli amillə, soyuq aylarda insanların daha çox depressiya yaşaması ilə əlaqələndirilir. Yaz-yay aylarında isə öncəki illərdə də intiharlarda azalma müşahidə olunub.

İntihar yarımçıq qalmış arzular, xəyallardır. İntihar çıxış yolu deyil, ola da bilməz. Sadəcə olaraq daha inamlı olmaqla mübarizə aparıb xırda əngəlləri aşmaq lazımdır. Xırda, çünki ölümün qarşısında hər şey xırdadır. Bir tək ölümə çarə yoxdur. Bu yolla həyat kitabınızı vaxtsız bağlamayın!...


Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...